Bank Of Baku

Marneuli İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə soydaşımız təyin edilib

Marneuli İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə soydaşımız təyin edilib
# 18 mart 2009 05:29 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda soydaşımız İcra Hakimiyyəti başçısının müavini təyin olunub. APA-nın yerli bürosunun xəbərinə görə, bu, Heydər Həsən oğlu Musayevdir. H. Musayev 1960-cı ildə Marneuli rayonunun Dəmyə Gorarxı kəndində anadan olub. 1987-ci ildə Qori İqtisadiyyat İnstitutunu bitirib. Marneuli Rayon Sığorta idarəsində baş iqdisadçı vəzifəsində işləyib. 1992-ci ildə rayondakı Dəmyə Gorarxı Kənd Məclisinin katibi, 2001-ci ildə həmin Məclisin sədri seçilib. 2006-cı ildə isə Marneuli Rayon Bələdiyyəsində maliyyə şöbəsinin müdiri təyin olunub. H. Musayev Marneuli Bələdiyyəsinin deputatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR