Bank Of Baku

Nyu York şəhərinin meri Maykl Blümberq Tomris Azəriyə minnətdarlığını bildirib.

Nyu York şəhərinin meri Maykl Blümberq Tomris Azəriyə minnətdarlığını bildirib.
# 23 mart 2009 07:55 (UTC +04:00)
Nyu-York. Zaur Həsənov-APA. Nyu York şəhərində Novruz bayramı münasibəti ilə keçirilən səhər toplantısında şəhər meri Maykl Blümberq Amerikanın Azərbaycan Cəmiyyətinin (AAC) sədri Tomris Azəriyə minnətdarlığını bildirib. APA-nın ABŞ bürosunun xəbərinə görə, mer son iki ildə AAC-nin Bahar Bayramı ilə bağlı üzərinə götürdüyü sponsorluq işlərinini xüsusi qeyd edərək, cəmiyyətin şəhərin müsəlman icmaları arasında böyuk nüfuza sahib olduğunu qeyd edib.

Tomris Azəri mer Blümberqə AAC-nin gələcək fəaliyyəti və bu ilin sentyabr ayında Nyu York şəhərinin universtetlətinin birində icmanın keçirəcəyi "Türk dünyasında Yəhudi özünüdərketmə" adlı konfrans barədə məlumat verib.

Xatırladaq ki, Nyu York şəhərində Novruzun gəlişi ilə bağlı tədbirlər son 4 ildir keçirilir.

Bu il mart ayının 22-də də cəmiyyət Novruz bayramı münasibəti ilə Nyu Yorkda xüsusi mərasim keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR