Bank Of Baku

Estoniyada yaşayan azərbaycanlılar Novruz bayramını bu ölkənin millət vəkilləri ilə birlikdə qeyd ediblər

Estoniyada yaşayan azərbaycanlılar Novruz bayramını bu ölkənin millət vəkilləri ilə birlikdə qeyd ediblər
# 23 mart 2009 08:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Estoniyada yaşayan azərbaycanlıların bir qrupu Novruz bayramını bu ölkənin millət vəkilləri ilə birlikdə qeyd ediblər. Tallində fəaliyyət göstərən Mədəniyyət və Gənclər Mərkəzindən APA-ya daxil olan məlumata görə, Azərbaycan-Eston parlament qrupunun üzvləri ilə birlikdə keçirilən Novruz mərasimində qrupun üzvlərinə bayram sovqatı, şəkərbura, paxlava hədiyyə edilib. Azərbaycanlılar, həmçinin Estoniya parlamentinin fraksiya rəhbərləri, daha sonra isə vitse-spiker Yuri Ratasla görüşüb, onlara Novruz bayramının tarixi kökləri, adət-ənənələri barədə məlumat veriblər.

Qeyd edək ki, Tallindəki azərbaycanlılar artıq 3-cü dəfədir Novruz bayramını eston parlamentariləri ilə qeyd edirlər.

Martın 22-də isə Tallin Musiqi Akademiyasında Novruz bayramı münasibətilə konsert verilib. Konsertdə Bakıdan dəvət olunan incəsənət xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR