Bank Of Baku

Moskvada Novruz bayramı münasibəti ilə sərgi təşkil olunub

Moskvada Novruz bayramı münasibəti ilə sərgi təşkil olunub
# 23 mart 2009 08:54 (UTC +04:00)
Moskva. Tünzalə Vəliqızı -APA. Novruz bayramı münasibəti ilə Moskvada “Bakı” kinoteatrının foyesində sərgi təşkil olunub. APA-nın Rusiya bürosunun məlumatına görə, Azərbaycan Qadınları Rusiya Regional Cəmiyyətinin hazırladığı rəsm sərgisi bütövlükdə baharın bir parçasını canlandırıb. Sərgidə Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev çıxış edərək, Rusiyada Novruz bayramı ərəfəsində belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib.

Azərbaycan Qadınları Rusiya Regional Cəmiyyətinin prezidenti də Rusiyada və dünyada yaşayan azərbaycanlıların həmin ölkələrin mədəni həyatına inteqrasiya olmaları ilə yanaşı, milli mədəni, ədəbi irslərini də həmin ölkələrdə yaymaq missiyasını uğurla həyata keçirdiklərini söyləyib.

Sərgidə qadın rəssamların Novruz və bahar motivli rəsmləri bütövlükdə Azərbaycan məişətindən, adət-ənənələrindən gələn mədəniyyətin rənglərin dili ilə təcəssüm etdirdiyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR