Bank Of Baku

Orta Asiyada Novruz şənlikləri keçirilib

Orta Asiyada Novruz şənlikləri keçirilib
# 23 mart 2009 08:55 (UTC +04:00)
Astana. Ləman Ağayeva – APA. Qazaxıstanın Ədliyyə Nazirliyinin təşkil etdiyi Novruz festivalına Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqı və “Xəzər” Azərbaycan Mədəni Mərkəzi də qatılıb. APA-nın yerli bürosunun məlumatına görə, festivalda “Xəzər” musiqi və rəqs ansamblının ifasında Baharı və Novruzu vəsf edən mahnılar dinlənilib. Azərbaycanın milli rəqslərinə baxılıb. Bayram tədbirində iştirak edən qonaqlara Azərbaycan mətbəxi təqdim olunub, xonçalarda bayram şirniləri və bişmişləri paylanılıb.

Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahov bildirib ki, festivalda Azərbaycanlılar iki nominasiya üzrə birinci yerə layiq görülüblər.

Novruz bayramını Türkmənistanda və Özbəkistanda yaşayan azərbaycanlılar da qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR