Bank Of Baku

Strasburqda Azərbaycan haqqında fransız dilində radioveriliş yayımlanacaq

Strasburqda Azərbaycan haqqında fransız dilində radioveriliş yayımlanacaq
# 29 mart 2009 11:55 (UTC +04:00)
Strasburq-APA. Bu gün Fransa vaxtilə saat 15.00-dən 17.00-dək Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Dərnəyi və Strasburq Azərbaycan Evinin təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ildə ilk radio proqramı səslənəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan haqqında ətraflı məlumatla zəngin olan bu proqram fransız dilində yayımlanacaq. Azərbaycan musiqisi ilə müşayiət olunan və ayda bir dəfə hazırlanması nəzərdə tutulan radio verilişində ölkəmizin tarixi, mədəniyyəti, bu günü, beynəlxalq əlaqələri, dünyanın müxtəlif yerlərində yaşayan görkəmli azərbaycanlı haqqında bilgilər veriləcək. Bugünkü proqram əsasən Novruz bayramına həsr olunub. Verilişdə Strasburq Azərbaycan Evinin rəhbəri Mustafa Alınca, bu şəhərdəki Azərbaycan diasporunun fəalları Elvin Abbasbəyli, Laçın Bayramova, Şahin Hüseynli, Alqan Eldəniz çıxış edəcəklər. Proqramı Strasburq və buraya yaxın ərazilərdə yaşayanlar FM dalğa vasitəsilə 91.9 MHZ-də dinləyə bilərlər. Digər ölkələrdə yaşayan soydaşlarımız isə bu verilişə
http://radiorbs.support-fr.org:8000/RBS.m3u və ya http://radiorbs.support-fr.org:8000/RBS (http://www.radiorbs.com) internet saytında qulaq asa bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR