Bank Of Baku

Belçika Krallığı Senatının nümayəndə heyəti Azərbaycana gəlir

Belçika Krallığı Senatının nümayəndə heyəti Azərbaycana gəlir
# 29 mart 2009 11:56 (UTC +04:00)
Bakı-APA. Bu gün belçikalı senator, Belçika Krallığı Senatının Qadın Kişi Hüquqlarının Bərabərliyi üzrə Məsləhət Şurasının sədri xanım Tilmans Dominique Conardın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlanır. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə millət vəkilləri Marion Lemesre və Sadık Köksal, müşavir Christian Servaes, “Beltürk” qəzetinin sahibi Şerife Yavas daxildir.
Səfərin məqsədi Belçika cəmiyyətində Azərbaycana dair bilgiləri zənginləşdirmək, Belçika dövlət rəsmiləri və ictimai-siyasi xadimlərinin ölkəmizlə əlaqələrini daha da inkişaf etdirməkdir.
Martın 30-da səhər belçikalı qonaqlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Martın 30-31-də Belçika parlamentarilərinin Azərbaycan Milli Məslisinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Nümayəndə heyəti həmçinin Heydər Əliyev Fondu ilə tanış olacaq, Azərbaycan Tarix Muzeyinə ekskursiya edəcək. Səfərin yekunlarına dair mətbuat konfransının da keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR