Bank Of Baku

Belçikalı senatorun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib

Belçikalı senatorun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib
# 30 mart 2009 09:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün belçikalı senator, Bekçika Krallığı Senatının Qadın Kişi Hüquqlarının Bərabərliyi üzrə Məsləhət Şurasının sədri Tilmans Dominique Conardın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını məzarlarını ziyarət edib. APA-nın məlumatına görə, səfərin məqsədi Belçika cəmiyyətində Azərbaycana dair bilgiləri zənginləşdirmək, Belçika dövlət rəsmiləri və ictimai-siyasi xadimlərinin Azərbaycanla əlaqələrini daha da inkişaf etdirməkdir. Bu gün və sabah Belçika parlamentarilərinin Azərbaycan Milli Məslisinin, Milli Təhlükəsizlik və Xarici İşlər Nazirliklərinin, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Nümayəndə heyəti Heydər Əliyev Fondu ilə tanış olacaq, Azərbaycan Tarix Muzeyinə ekskursiya edəcəklər. Səfərin yekunlarına dair mətbuat konfransının da keçirilməsi planlaşdırılır. Nümayəndə heyətinə millət vəkilləri Marion Lemesre və Sadık Köksal, “Beltürk” qəzetinin sahibi Şerife Yavas daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR