Bank Of Baku

Hollandiyada 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı aksiya keçirilib - FOTOSESSİYA

Hollandiyada 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı aksiya keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 30 mart 2009 12:40 (UTC +04:00)
Bakı-APA. Niderland krallığında fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin (BAK) və onun nəzdindəki Azərbaycan-Hollandya Həmrəylik Cəmiyyətinin (AHHC) təşəbbüsü ilə Rotterdam şəhərində 31 mart –Azərbaycanlıların soyqırımı günü ilə bağlı etiraz aksiyası keçirilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Tədbirə Azərbaycan və türk icmalarının, habelə Polşa diasporunun nümayəndələri qatılıblar. Aksiyada iştirak etmiş 150-ə yaxın gənc ön hissəsində Azərbaycanın xəritəsinin və işğal olunmuş ərazilərimizin, arxa hissəsində isə soyqırım qurbanlarının sayının göstərildiyi ağ köynəklər geyiniblər. Etiraz aksiyasına toplaşanlar holland dilində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı pisləyən şüarlar səsləndiriblər. Həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə ətraflı məlumatın əks olunduğu holland dilində hazırlanmış 10 minə yaxın vərəqə yerli sakinlər arasında paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR