Bank Of Baku

Kanadada Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş mitinq və yürüş keçirilib

Kanadada Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş mitinq və yürüş keçirilib
# 31 mart 2009 07:58 (UTC +04:00)
Bakı – APA. Kanadanın paytaxtı Ottava şəhərində Azərbaycan Kanada Təşkilatları Assambleyasının təşəbbüsü və təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş mitinq və yürüş keçirilib. Azərbaycan Kanada Təşkilatları Assambleyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Kanada parlamentinin binası önündə keçirilən mitinqə Toronto, Monreal, Hamilton, Vaterloo ve Ottava şəhərlərində fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının nümayəndələri qatılıblar. Mitinq soyqırıma məruz qalmış azərbaycanlıların ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, çıxışlarda azərbaycanlıların soyqırıma uğramasının xronologiyası, bu soyqırımda erməni faşizminin rolu və bilavasitə iştirakı tarixi faktlarla qeyd olunub. Daha sonra mitinq Ottavanın mərkəzi küçələrindən birində soyqırımı lənətləyən və erməni terrorunu pisləyən yürüşlə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR