Bank Of Baku

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir keçirilib

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir keçirilib
# 31 mart 2009 11:24 (UTC +04:00)
Buxarest-APA. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir keçirilib. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının idarə heyətinin üzvləri, Heydər Əliyev Fondunun və ARDNŞ-nin Rumıniyadakı nümayəndəliklərinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının və Rumıniyada fəaliyyət göstərən KİV nümayəndələri iştirak ediblər. Yığıncağı açıq elan edən səfir Eldar Həsənov azərbaycanlıların soyqırımının tarixi, xüsusi olaraq, 1905-1907-ci illərdə ermənilər tərəfindən Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda törədilmiş vəhşiliklər barədə məlumat verib, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ rayonlarında minlərlə azərbaycanlının öldürüldüyünü, on minlərlə insanın evlərindən didərgin düşdüyünü bildirib. Toplantıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra soyqırımın dəhşətlərini əks etdirən foto guşə iştirakçılara nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR