Bank Of Baku

Azərbaycan Milli Məclisin deputatları Qubadakı kütləvi məzarlığı ziyarət ediblər

Azərbaycan Milli Məclisin deputatları Qubadakı kütləvi məzarlığı ziyarət ediblər
# 31 mart 2009 11:50 (UTC +04:00)
Bakı. Elbrus Süleymanov - APA. Bu gün Milli Məclisin deputatları Qubadakı kütləvi məzarlığı ziyarət ediblər. APA-nın məlumatına görə, səfərdə millət vəkillərindən Zahid Oruc, Həvva Məmmədova və Qənirə Paşayeva iştirak ediblər. Deputatlar Azərbaycanlıların Soyqırımı Günü belə bir səfərin baş tutmasının əhəmiyyətli olduğunu bildiriblər. Millət vəkilləri 1918-ci ildə ermənilərin təkcə Quba qəzasında 16 mindən çox dinc insanı qətlə yetirdiyini diqqətə çatdırıblar.

Qeyd edək ki, 89 il sonra aşkarlanan və erməni vandalizminin böyük maddi sübutu olan kütləvi məzarlığı Quba və digər rayonlardan da ictimaiyyət nümayəndələri ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR