Bank Of Baku

Azərbaycanın Qırğızıstandakı səfirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirib

Azərbaycanın Qırğızıstandakı səfirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirib
# 31 mart 2009 13:50 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva-APA. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın Qırğızıstandakı səfirliyi bir sıra tədbirlər həyata keçirib. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, azərbaycanlıların uğradığı soyqırımının ölkə ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə səfirlik tərəfindən hazırlanmış press-reliz, Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ həqiqətləri” adlı kitabçalar və digər təbliğat materialları Qırğız parlamentinin rəhbərliyinə, deputatlara, Xarici İşlər Nazirliyinə, ölkədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlara, soyqırımı tarixini işıqlandırılması məqsədilə hazırlanmış təbliğat materialları ölkənin nüfuzlu mətbuat orqanları - “Вечерний Бишкек»”, “Слово Кыргызстана” və “Народная Газета” redaksiyalarına verilib. Bu gün səfirliyin binasında Azərbaycan diasporunun rəhbərliyi və fəal üzvləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri və Qırğızıstanda təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 91-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Səfir Arif Ağayev ermənilərin azərbaycanlılara qarşı XX əsrdə törətdikləri qanlı vəhşiliklər və cinayətlər barədə tarixi faktlara əsaslanan geniş məlumat verərək, ermənilərin iddia etdikləri soyqırımının tamamilə yalan və əsassız olduğunu diqqətə çatdırıb. Səfirliyin müşaviri İlqar Cabbarov, “Azəri” Qırğızıstan Azərbaycanlıları İctimai Birliyinin Sədri Akif Alaferdov, birliyin sədr müavini, əməkdar inşaatçı Əsəd Həsənov və digərləri çıxış edərək, təcavüzkar erməni millətçilərinin XX əsrin əvvəllərində və sonlarında azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə məlumat verib, xalqımızın ermənilərin hərbi təcavüzünə məruz qalmasının pisləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR