Bank Of Baku

Avropa Azərbaycanlıları Konqresinin II qurultayı apreldə keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin II qurultayı apreldə keçiriləcək
# 31 mart 2009 14:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Dünya Azərbaycanlıları Xartiyası” bütün diaspora təşkilatlarının müzakirəsinə verilib. Hazırda həm Dünya Azərbaycanlıları Konqresində, həm Avropa Azərbaycanlıları Konqresində, həm də Ümumrusiya Azərbaycanlıları Konqresində bu sənəd müzakirə olunur”. APA-nın məlumatı görə, bu barədə Diaspora İlə İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev bildirib. Onun sözlərinə görə, aprel ayında Avropa Azərbaycanlıları Konqresinin II qurultayı keçiriləcək. Qurultayda Avropa azərbaycanlıları Xartiya ilə bağlı öz fikirlərini bildirəcəklər. Qurultay təşkilati məsələlərə də baxacaq. V. Hacıyevin sözlərinə görə, Xartiyanın son variantı diaspora təşkilatlarının bütün təklifləri nəzərə alınmaqla yenidən nəşr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR