Bank Of Baku

31 mart – Azərbaycanlıların Soyqırımı Günü Orta Asiya ölkələrində də qeyd olunub

31 mart – Azərbaycanlıların Soyqırımı Günü Orta Asiya ölkələrində də qeyd olunub
# 31 mart 2009 15:01 (UTC +04:00)
Astana. Daşkənd. Düşənbə. Ləman Ağayeva-APA. 31 mart – Azərbaycanlıların Soyqırımı Günü Orta Asiya ölkələrində də qeyd olunub. APA-nın məlumatına görə, bu münasibətlə Azərbaycanın Qazaxıstandakı səfirliyində keçirilən mərasimdə Qazaxıstan ziyalıları və Azərbaycan , türk, inquş, qırğız, Ukrayna, Gürcüstan diasporunun üzvləri iştirak ediblər. Səfirliyin müşaviri Nizami Rüstəmov, 1-ci katib Namiq Baxşəliyev mart hadisələri zamanı Azərbaycanda yüzlərlə şəhər və kəndin, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-dən çox kəndin xarabalığa çevrildiyini, Şuşada törədilmiş qırğınlar nəticəsində 50 mindən çox soydaşımızın, Bakıda 30 minə yaxın azərbaycanlının qətlə yetirildiyini söyləyiblər. Gürcüstanın Qazaxıstandakı müvəqqəti işlər vəkili Zurab Kozmava azərbaycanlıların başına gətirilən dəhşətləri dərindən anladığını deyib və əlavə edib ki, bu terror və təcavüzə gürcü xalqı da zaman-zaman məruz qalıb. Qazaxıstan Azərbaycanlıları İttifaqının prezidenti Vidadi Salahov Qafqazda baş verən dəhşətlərin həmişə rus imperialist dairələrindən gəldiyini bildirib. Qazaxıstan Azərbaycan Dostluq Assosiasiyasının sədri Asxad Şakirov Azərbaycan xalqına qarşı bu zorakılıqlara tarix qarşısında obyektiv siyasi hüquqi qiymət veriləcəyinə, cinayətkarların öz layiqli cəzasını alacağına inandığını bildirib. Analoji mərasimlər Azərbaycanın Özbəkistan və Tacikistandakı səfirliklərində də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR