Bank Of Baku

Daxili İşlər Nazirliyində soyqırımı qurbanlarının xatirəsi yad edilib

Daxili İşlər Nazirliyində soyqırımı qurbanlarının xatirəsi yad edilib
# 31 mart 2009 17:12 (UTC +04:00)
Bakı – APA. Martın 31-də Daxili İşlər Nazirliyində (DİN Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov erməni millətçilərinin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu siyasət nəticəsində yüz minlərlə insanın həyatına son qoyulduğunu, soyqırımı barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini, əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını bildirib. Soyqırımın bu illər ərzində erməni şovinizminin əsas aparıcı xəttinə çevrildiyini xatırladan R. Usubov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, tarixi ədaləti bərpa edərək, imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulayıb. Qeyd olunub ki, məhz bu tarixi sənəddən sonra hər il soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir .

General-polkovnik Ramil Usubovun təklifi ilə mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR