Bank Of Baku

Eldar Mahmudov Belçika Krallığı senatorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Eldar Mahmudov Belçika Krallığı senatorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 01 aprel 2009 15:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva- APA. Bu gün milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov Belçika Krallığının senatoru Tilmans Conardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, E. Mahmudov Azərbaycanın 1988-ci ildən Ermənistan tərəfindən təcavüzə məruz qaldığını, nəticədə bir cox fəsadlarla, xüsusən də humanitar problemlə, insanlıq əleyhinə cinayətlərlə, vandalizm aktları ilə üzləşdiyini diqqətə çatdırıb. Bununla bağlı ən başlıca problemlərdən birinin itkin düşmüş şəxslər və onların taleyi ilə əlaqədar məsələ olduğunu bildirən E. Mahmudov həmin humanitar problemin nəticələrinin aradan qaldırılması işinin dövlət səviyyəsində daim diqqətdə saxlanıldığını bildirib, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

Senator T. Conard Azərbaycanın son illərdə siyasi-istiqsadi və sosial sahədə əldə etdiyi uğurların heyrət doğurduğunu qeyd edərək, səfərləri çərçivəsində Dağılq Qarabağ münaqişəsi barədə topladıqları obyektiv məlumatların, burada baş verən hadisələr və proseslərlə bağlı əsl həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması işində ölkəmizə öz dəstəklərini əsirgəməyəcəklərini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR