Bank Of Baku

Elmar Məmmədyarov Marneulidə azərbaycanlılarla görüşüb

Elmar Məmmədyarov Marneulidə azərbaycanlılarla görüşüb
# 02 aprel 2009 13:00 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gьrcьstana rəsmi səfərinin ikinci gьnьnə Heydər Əliyevin Tiflis şəhərindəki bьstь цnьnə əklil qoymaqla başlayıb. Sonra nazir azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə gedib. APA-nın Gürcüstan bürosunun xəbərinə gцrə, E. Məmmədyarov Marneuli kəndlərindən, eləcə də Dmanisi və Qardabanidən gələn azərbaycanlılarla görüşüb. Görüşdə Azərbaycan Standartlaşma və Metrologiya Komitəsinin sədri Ramiz Həsənov, Gьrcьstandakı səfir Namiq Əliyev, “SOCAR Georgia”nın rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər də iştirak edib. E. Məmmədyarov Gьrcьstanın xarici işlər naziri və baş naziri ilə görüşlərində цlkədə yaşayan azərbaycanlıların problemləri haqqında mьzakirə apardığını deyib. O bildirib ki, danışıqlar zamanı mədəni-humanitar məsələlərə də toxunulub və Nəriman Nərimanovla Cəlil Məmmədquluzadənin Tiflisdəki ev muzeylərinin taleyi gьndəmə gətirilib. Nazir azərbaycanlıların problemlərini də dinləyib. Sцhbət əsnasında dil, miqrasiya, suvarma, icarəyə götürülmüş torpaqların özəlləşdirilməsi, məhsul satışı, yeni iş yerlərinin açılması, kənd adlarının dəyişdirilməsi və bцlgədə xaз işarələrinin getdikcə çoxalması, prokurorluq və məhkəmə sistemində azərbaycanlıların çalışmaması, məktəblərdə mьəllim kadrlarının çatışmazlığı və digər problemlərə toxunulub. E. Məmmədyarov bəzi məsələlərin yerindəcə həll ediləcəyini sцyləyib və Bakıya qayıtdıqdan sonra digər məsələlərin həllini əlaqədar təşkilatlarla müzakirə edəcəyini vurğulayıb. O, yaxın aylarda Azərbaycanın iqtisadi inkişaf nazirinin də Marneuliyə gələcəyini xəbər verib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR