Bank Of Baku

İosif Şaqal: “İsrail-Azərbaycan münasibətləri əvvəlki kimi yaxşı və səmimi, konkret məzmuna malik olacaq”

İosif Şaqal: “İsrail-Azərbaycan münasibətləri əvvəlki kimi yaxşı və səmimi, konkret məzmuna malik olacaq”
# 03 aprel 2009 10:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Mən əminəm ki, İsrail-Azərbaycan münasibətləri əvvəlki kimi yaxşı və səmimi, konkret məzmuna malik olacaq”. Bu sözləri APA-ya “Azərbaycan-İsrail” beynəlxalq assosiasiyanın prezidenti, keçmiş millət vəkili İosif Şaqal, üzvü olduğu “İsrail-bizi evimiz” partiyasının sədri Aviqdor Libermanın xarici işlər naziri seçilməsinin Azərbaycan-İsrail münasibətlərinə təsiri haqqında sualı cavablandıraraq deyib. “Bizim ölkələrimizi bir birindən küsdürmək istəyən insanlar, qüvvələr və dairələr bu münasibətləri poza bilməyəcəklər. Avidqor Liberman dəfələrlə bu regionun strateji vacibliyini qeyd edib”. İ. Şaqal Libermanın 2007-ci ildə Bakıda olduğunu xatırladıb. “O Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, onların arasında yaxşı münasibətlər qurulub, çox ciddi dialoq aparıblar, hər ikisi bir birini çox yaxşı anladıqlarını bəyan ediblər”. Yeni hökumətin Yaxın Şərq probleminin həllinə təsiri barədə sualı cavablandıraraq İ. Şaqal deyib ki, hər şey öz yerində qalır. “Sülhə nail olmaq üçün «yol xəritəsi» qəbul olunub. Həmin sənədin birinci bəndində deyilir ki, sülhə yol terrordan tam imtinadan keçir. Əgər bu baş versə, sülh prosesini irəli aparmağa heç nə mane olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR