Bank Of Baku

Bakıda “Almanlar Azərbaycanda” mövzusunda beynəlxalq elmi-praktik konfrans və fotosərgi keçiriləcək

Bakıda “Almanlar Azərbaycanda” mövzusunda beynəlxalq elmi-praktik konfrans və fotosərgi keçiriləcək
# 03 aprel 2009 14:46 (UTC +04:00)
Bakı-APA. Aprelin 6-7-də Bakı Slavyan Universitetində (BSU) “Almanlar Azərbaycanda” adlı beynəlxalq elmi-praktik konfrans və fotosərgi keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almanların Azərbaycanda məskunlaşmasının 190 iliyinə həsr olunmuş bu tədbirin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, BSU və Alman-Azərbaycan Cəmiyyətidir. Konfransda “Rus İmperiyası, Elenendorf məktəbi və bir ailənin tarixi”, “Alman arxeoloqları Azərbaycanda”, “II Dünya savaşında Türkiyədə Enterne edilən almanlar”, “Cənubi Qafqazda alman koloniyalarının məskunlaşma spesifikası”, “Alman hərbi əsirləri Azərbaycanda”, “Azərbaycanda alman koloniyalarının yaranma tarixi”, “Xanlar-Elenendorf-Azərbaycanda alman koloniyalarının bərpa mərhələsi”, “Azərbaycanda alman mədəniyyəti elementləri” və digər mövzularda maraqlı məruzələr təqdim olunacaq. Tədbir çərçivəsində qonaqlar Bakıdakı alman abidələri ilə tanış olacaq və BSU-nun Alman Tədris və Mədəniyyət Mərkəzində tələbələrlə görüş keçirəcəklər.
Aprelin 12-də isə konfrans iştirakçıları Göygöl rayonuna yollanacaqlar. Onlar Göygöldəki Alman-Azərbaycan Mədəniyyət Mərkəzində (Alman Kirxası) Forer ailəsinin və bu rayonda anadan olmuş alman ailələrinin üzvləri ilə görüşəcəklər. Konfrans Göygöldəki almanların iştirakı ilə bu bölgədə davam etdiriləcək.
Tədbirdə Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Moldova universitetlərindən nümayəndələr dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR