Bank Of Baku

Faxralı kənd məscidinin bərpasına başlanıb

Faxralı kənd məscidinin bərpasına başlanıb
# 06 aprel 2009 07:15 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Bolnisi rayonunun Faxralı kəndində əsası 1905-ci ildə qoyulmuş kənd məscidinin bərpasına başlanıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu münasibətlə Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov, Bolnisi rayon İcra Hakimiyyətinin başçısının müavini Ramin Əsədov və SOCAR-ın Kvemo-Kartli üzrə meneceri Arif Əliyevin iştirakı ilə kənddə toplantı keçirilib. Toplantıda 6 min əhalisi olan Faxralı kəndinin ağsaqqalları, ziyalılar və iş adamları iştirak edib. Kvemo-Kartli qubernatorunun müavini bildirib ki, məscidin bərpasına razılığı birbaşa Gürcüstan prezidentinin özü verib. Onun dediyinə görə, prezident dərhal bərpaya başlanılması barədə Kvemo-Kartli bölğə rəhbərliyinə göstəriş verib. H. Yusifov kənd sakinlərinin nəzərinə çatdırıb ki, bərpadan sonra prezident məscidə baş çəkə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR