Bank Of Baku

Meksikada Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının rəsmi təqdimatı keçirilib

Meksikada Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının rəsmi təqdimatı keçirilib
# 06 aprel 2009 12:11 (UTC +04:00)
Bakı-APA. Meksikanın qədim Çapultepek qəsrində yerləşən Milli Tarix Muzeyində Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının (LAAA) rəsmi təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən LAAA-nın prezidenti Natik Atakişiyev yeni yarandılmış təşkilatın məqsəd və vəzifələri barədə məlumat verib, xüsusilə gəncləri qurumun işində fəal iştirak etməyə çağırıb. O, təşkilatın yaranmasına göstərdikləri köməyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın ABŞ-dakı, eyni zamanda Meksikadakı səfirliklərinə minnətdarlıq edib. Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili İlqar Muxtarov isə öz çıxışında ümidvar olduğunu bildirib ki, Assosiasiya Azərbaycanın təkcə Meksika ilə deyil, həm də həmvətənlərimizin yaşadıqları digər Latın Amerikası ölkələri ilə hərtərəfli əlaqələrinin inkişafına və möhkəmlənməsinə xidmət edəcək.
Təqdimat mərasiminə Meksikanın parlament üzvləri, bir neçə nazirlik və digər rəsmi qurumlarının təmsilçiləri, diplomatik korpusun nümayəndələri, həmçinin ölkədəki türk, Ukrayna və yəhudi diasporlarının fəalları qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR