Bank Of Baku

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Abdulla Gülə müraciət edib

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Abdulla Gülə müraciət edib
# 07 aprel 2009 14:58 (UTC +04:00)
Bakı-APA. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) Türkiyə prezidenti Abdulla Gülə müraciət edib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, Qarabağ müharibəsinin bütün fəsadları və faciələri göz qabağında ikən Türkiyəyə Ermənistanla sərhədlərini açmaq üçün kənardan təzyiqlər durmadan artmaqdadır. TADEF rəhbərliyi əlavə edib ki, işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmadan heç bir yara sağalmaz və heç bir problem həll edilə bilməz. Müraciət müəllifləri daha sonra bunları bildiriblər: “Doğu Anadoluya “Batı Ermənistan”, Ağrı Dağına Ararat deyənlər, türklərə qarşı dəfələrlə soyqırım törədənlər hansı sərhədlərin nə üzlə açılmasını istəyirlər?”.
Müraciəti bu fikirlərlə bitir: “Həm Türkiyə, həm də Azərbaycan dövlətinin öz xalqını qorumaq və müdafiə etmək kimi tarixi bir məsuliyyəti var. Türkiyə tarixin onun üzərinə qoyduğu bu mühüm məsuliyyəti bu günədək yerinə yetirib, indi də yerinə yetirəcək. Türkiyə Cümhuriyyətinin vətəndaşları olaraq buna heç bir şübhəmiz yoxdur. Azərbaycan yalnız deyil. Heç birimizin də Azərbaycan xalqının inamını və sevgisini ititrmək haqqı yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR