Bank Of Baku

Dubaydakı Azərbaycan Cəmiyyəti Türkiyə rəhbərliyinə müraciət qəbul edərək Ermənistanla sərhədlərin açılmamasını istəyib

Dubaydakı Azərbaycan Cəmiyyəti Türkiyə rəhbərliyinə müraciət qəbul edərək Ermənistanla sərhədlərin açılmamasını istəyib
# 08 aprel 2009 12:08 (UTC +04:00)
Dubay-APA. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülə və baş naziri Rəcəb Tayyip Ərdoğana bəyanat ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, son günlərdə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşacağına dair yayılan xəbərlər soydaşlarımızı ciddi narahat edir: “Bu addım bəlkə gələcəkdə regionun inkişafına səbəb ola bilər, amma ermənilərin tarix boyu türk xalqına qarşı törətdiyi soyqırım və digər faciələri unutdura bilməz” deyən cəmiyyət rəhbərliyinin fikrincə, Türkiyə dövləti ermənilərin türk xalqının başına gətirdiyi müsibətləri, həmçinin Azərbaycanla Türkiyəni bir-birinə sıx bağlayan dostluq, qardaşlıq tellərini nəzərə alaraq Ermənistanla sərhədlərin açılması məsələsinə daha həssas yanaşmalı və bunun yolverilməzliyini bütün dünyaya nümayiş etdirməlidir. Dubaydakı Azərbaycan Cəmiyyətinin bəyanatında bildirilir ki, erməni hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarını tərk etmədikləri halda Türkiyənin Ermənistanla sərhədləri açmasını təkcə Azərbaycan və türk xalqları deyil, dünya ictimaiyyəti Türkiyənin Azərbaycan xalqına xəyanəti kimi qiymətləndirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR