Bank Of Baku

Polşada “Xarici ölkələrdə yaşayan azərbaycanliların yerli cəmiyyətə inteqrasiyasında diaspor təşkilatlarının rolu“ mövzusunda konfrans keçirilib

Polşada “Xarici ölkələrdə yaşayan azərbaycanliların yerli cəmiyyətə inteqrasiyasında diaspor təşkilatlarının rolu“ mövzusunda konfrans keçirilib
# 08 aprel 2009 12:54 (UTC +04:00)
Bakı-APA. Polşanın paytaxtı Varşavada “Xarici ölkələrdə yaşayan azərbaycanliların yerli cəmiyyətə inteqrasiyasında diaspor təşkilatlarının rolu“ mövzusunda konfrans keçirilib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Polşanın müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, Azərbaycanın Polşa Respublikasındakı Səfirliyinin, türk icma və birliklərinin, Polşada fəaliyyət göstərən digər azsaylı xalqların və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirə qatılan yerli hüquqşünaslar soydaşlarımıza onların hüquqları, gələcəkdə təşkilatlanma sahəsində görülməsi zəruri olan işlər, bu sahədə Polşa hökumətinin verə biləcəyi dəstək və bütün bünları tənzimləyən hüquqi sənədlərə barədə ərtaflı məlumat veriblər. Konfransda Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bu qurum yarandığı gündən indiyədək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində müxtəlif ölkələrdə görülən tədbirlər barədə danışıblar.
Tədbirdə həmçinin Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Biz Azərbaycanlıyıq” filmi nümayiş olunub. Tədbir iştirakçıları Polşa Azərbaycanlıları Assosiasiyasının yaradılmasını qərara alıblar. Bu qurumun aprelin sonlarında təsis olunacağı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR