Bank Of Baku

Almaniyada yaşayan azərbaycanlılar Türkiyə-Ermənistan sərhədlərin açılmsı ilə bağlı etiraz bəyanatı veriblər

Almaniyada yaşayan azərbaycanlılar Türkiyə-Ermənistan sərhədlərin açılmsı ilə bağlı etiraz bəyanatı veriblər
# 08 aprel 2009 15:45 (UTC +04:00)
Bakı-APA. “Almaniyada yaşayan azərbaycanlılar son vaxtlarda Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılmsı ətrafında gedən söhbətlərdən narahatlıq keçirirlər“. Bu barədə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) bəyanatında bildirilir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mıətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənəddə deyilir ki, tarixi köklərlə bir-birinə sıx bağlı olan iki qardaş ölkənin münasibətlərində belə bir məqamın ortaya çıxması azərbaycanlıları mənəvi cəhətdən gözlənilməz fakt qarşısında qoyub: „Qarabağ münaqişənin ilk günündən Tükiyə qardaş bir ölkə kimi Azərbaycanın yanında olub və bütün məsələlərdə dövlətimizi dəstəkləyib, Ermənistanla bütün əlaqələrini kəsib, Azərbaycanın işğal altında olan torpaqları azad edilməyincə bu dövlətlə əlaqələrinin bərpa edilməsinin mümkünsüzlüyünü dəfələrlə bəyan edib. Belə bəyanatdan imtina edilməsi Azərbaycan xalqını haqlı narahat edir və bu cür addımlar Türkiyə-Azərbaycan münasibətlərinə zərbə kimi qiymətləndirilir“.
AAKM bildirir ki, Azərbaycanın Qarabağ münaqişəsinin həllində ən çox ümid bəslədiyi qardaş dövlətin dəstəyinin hətta kənar təzyiqlər sayəsində də olsa, aradan qalxması bu məsələnin həllinə mənfi təsir göstərə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR