Bank Of Baku

Litvanın İnternet saytında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım və terror aktlarından bəhs edən sənədli film yerləşdirilib

Litvanın İnternet saytında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım və terror aktlarından bəhs edən sənədli film yerləşdirilib
# 09 aprel 2009 14:26 (UTC +04:00)
Bakı-APA. Litva Respublikasının www.slaptai.lt internet saytında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım və terror aktlarından bəhs edən “Erməni terroru” sənədli filmi video formasında yerləşdirilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Filmə http://slaptai.lt/news.php?readmore=1069 linkində baxmaq mümkündür. Bu təbliğat aksiyası Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və bir sıra diaspor təşkilatının dəstəyi ilə baş tutub. Bu film bir həftə ərzində həmin saytda nümayiş etdiriləcək. Xatırladaq ki, film 2003-cü ildə Azərbaycanda hazırlanıb və bu il 31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibəti ilə Vilnüsdə keçirilmiş anım mərasimində nümayiş etdirilib. Tədbirdə həmçinin “Erməni terroru” filminin 150 ədəd ingilis və rus dillərində DVD kasetləri qonaqlara paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR