Bank Of Baku

Azərbaycanın diaspor təşkilatları Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə xəbərlərə etiraz edir

Azərbaycanın diaspor təşkilatları Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə xəbərlərə etiraz edir
# 10 aprel 2009 10:47 (UTC +04:00)
Bakı-APA. Azərbaycan diaspor təşkilatlarından Türkiyə-Ermənistan sərhədlərinin açılması xəbərinə etirazlar davam edir. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Ukrayna Azərbaycanlıları Konqresinin bu məsələ ilə bağlı yaydığı bəyanatda deyilir ki, əsrlərlə türk xalqına düşmən kəsilən, yüz minlərlə türkün qanını axıdan, işğalçı Ermənistanla sərhədlərin açılması türk xalqının və türk dünyasının mənafelərinə xidmət etməyən addım ola bilər. İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" Cəmiyyəti isə Türkiyənin bu ölkədəki Səfirliyinə müraciət göndərib. Müraciətdə deyilir: “Düşünürük ki, əsrlər boyu davam edən erməni yalanlarını və vəhşiliklərini dərindən bilən diplomat kimi Siz də sərhədləin açılmasına “yox” deyəcəksiniz. Əks təqdirdə 70 il ərzində bizi bir-birimizdən ayıra bilməyən sovet imperiyasının əlində oyuncağa çevrilmiş ermənilər öz hiylələri ilə buna nail olacaqlar.”

Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi də Türkiyə prezidenti Abdulla Gülə müraciət ünvanlayıb: “Biz, Gürcüstanda yaşayan azərbaycanlı inanırıq ki, bizə dost və qardaş olan Türkiyə Ermənistanla sərhədlərinin açılması məsələsində daha diqqətli olacaq və Türk dünyasının maraqları çərçivəsində əvvəllər də olduğu kimi Azərbaycan Respublikasının mövqeyini dəstəkləyərək, Dağlıq Qarabağ münaqişəsinin həllini önə çəkəcək və onun ədalətli həlli üçün öz səylərini daha da artıracaq”. Qazaxıstanda fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı”, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası da Abdullah Gülə müraciətində də tarixin bu önəmli mərhələsində Türkiyə rəhbərliyinin Azərbaycanın yanında olması istənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR