Bank Of Baku

Nyu-Yorkda “Erməni yalanlarına son mitinqi” keçiriləcək

Nyu-Yorkda “Erməni yalanlarına son mitinqi” keçiriləcək
# 11 aprel 2009 10:42 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Nyu-York şəhərində aprelin 25-də keçiriləcək mitinqdə ermənilərin 1915-ci il hadisələrinin soyqırımı olmasına dair iddialarının əsassız və yalan olduğu amerikalılara çatdırılacaq.

“Times” meydanında bu il artıq 4-cü dəfədir keçiriləcək mitinq Türk-Amerika Dərnəklər Federasiyasının himayəsi ilə “Gənc Türklər Dərnəyi” tərəfindən təşkil olunacaq.

Aksiya erməni diasporunun qondarma “soyqırımı” iddiası ilə eyni meydanda aprelin 26-da keçirməyi planlaşdırdığı mitinqə cavab xarakteri daşıyır.

Aksiyada ABŞ-da yaşayan azərbaycanlılar da iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR