Bank Of Baku

Avropa Azərbaycanlıları Konqresinin üçüncü qurultayı başlayıb

Avropa Azərbaycanlıları Konqresinin üçüncü qurultayı başlayıb
# 14 aprel 2009 13:23 (UTC +04:00)
Bakı-APA. Bu gün Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) III Qurultayı başlanıb. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının sədri Haqqı Kəskin, Azərbaycan Milli Məclisinin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı, AAK üzvü olan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak edirlər. Qurultayı AAK prezidenti Natiq Ağamirov açıb. Azərbaycanın dövlət himni səsləndirildikdən Nazim İbrahimov çıxış edərək, diaspor quruculuğu, AAK-ın fəaliyyəti, eləcə də Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair xəbərlərə Azərbaycan ictimaiyyətinin ciddi narahatlığı barədə danışıb. Pərviz Şahbazov və Sabir Rustəmxanlı da tədbirdə çıxış ediblər. Qurultay davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR