Bank Of Baku

Aprelin 18-də Moskvada Rusiyada Azərbaycan Gənclər Təşkilatının təsis konfransı keçiriləcək

Aprelin 18-də Moskvada Rusiyada Azərbaycan Gənclər Təşkilatının təsis konfransı keçiriləcək
# 16 aprel 2009 07:42 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Aprelin 18-də Moskvanın “Forum-holl” salonunda Rusiyada Azərbaycan Gənclər Təşkilatının təsis konfransı keçiriləcək. Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Konfransın məqsədi tarixi irs, mədəniyyət, adət və ənənələrin öyrənilməsi naminə azərbaycanlı gəncləri bir araya gətirmək, həmçinin müasir Azərbaycan reallıqlarını Rusiyanın mədəni-informasiya məkanına təqdim etməkdir. Konfrans Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə keçirilir. Konfransa Moskva, Sankt-Peterburqda və daha 50 regional təşkilatdan nümayəndələr qatılacaq. Tədbirdə Rusiya prezident administrasiyasının rəhbəri Sergey Narışkin, Rusiya prezident administrasiyasının daxili siyasət idarəsinin rəisi Oleq Qovorun, Rusiya hökumətinin mədəniyyət və təhsil departamentinin rəhbəri Denis Molçanov, idman, turizm və gənclər siyasəti naziri Vitali Mutko, Moskva merinin birinci müavini, Moskva-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Lyudmila Şevçova, Dövlət Dumasının gənclərlə iş üzrə komitəsinin sədri Pavel Tarakanov, Federasiya Şurasının gənclər və turizm komissiyasının sədri Vladimir Jidkix, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edəcəklər. Konfransdan sonra Rusiya və Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulur. Proqramda Nikolay Baskov, Dmitri Malikov, Pelaqei, Aysel və Araş, Sevda Ələkbərzadə, Dövlət Rəqs Ansamblı, muğam triosu çıxış edəcək. Konsertin aparıcıları Tahir Məmmədov və Yuliya Kovalçukdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR