Bank Of Baku

Son 6 ildə postsovet məkanı respublikalarından 2 milyon nəfər Rusiya vətəndaşlığına keçib

Son 6 ildə postsovet məkanı respublikalarından 2 milyon nəfər Rusiya vətəndaşlığına keçib
# 20 aprel 2009 15:19 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. İyulun 1-dən sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı almaq üçün müəyyən olunmuş müddət başa çatır. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri idarəsinin rəisi Mixail Utyatskiy məlumat verib. Onun sözlərinə görə, vətəndaşlıq almaq prosedurunun sadələşdirilməsinə dair federal qanuna, həmçinin Rusiyanın Belarus, Qazaxıstan və Qırğızıstanla beynəlxalq sazişlərə dəyişiklik edildikdən sonra son altı ilə ölkədə yeni vətəndaşlıq alanların sayı 2 milyon nəfərə çatıb.

2008-ci ildə Rusiyada 362 min nəfər vətəndaşlıq alıb ki, bunların 32,3 faizi işləyən vətəndaşlardır. Yeni vətəndaşlıq almış şəxslərin 50,8 faizini kişilər, 49,2 faizi qadınlar təşkil edir. “Yeni rusiyalılar”ın 34,7 faizi orta, 25,8 faizi xüsusi orta, 15,8 faizi ali, 14,2 faizi ibtidai təhsilə malikdir. Mixail Utyatskinin sözlərinə görə, 2003-2008-ci illərdə vətəndaşlıq alanların 60 faizi (1,2 milyon nəfər) Rusiyada qalmaq müddətini 3 dəfə uzadanlardır. Bu müddət ərzində Belarusun 32,213, Qazaxıstanın 545,357, Qırğızıstanın 207,173 vətəndaşı Rusiya vətəndaşlığına keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR