Bank Of Baku

Vaşinqtonda türklər və azərbaycanlılar ermənilərin qondarma “soyqırım”ı anmalarına mane olublar - FOTOSESSİYA

Vaşinqtonda türklər və azərbaycanlılar ermənilərin qondarma “soyqırım”ı anmalarına mane olublar - <font color=red>FOTOSESSİYA</font>
# 25 aprel 2009 08:37 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, səhər saatlarından etibarən səfirliyin qarşısına toplaşan türklər ermənilərin burda yığışmalarına imkan verməyiblər.

Qeyd edək ki, 2008-ci ilə qədər ermənilər hər il ABŞ-dakı Türkiyə səfirliyinin binası qarşısında yığışaraq 24 aprel qondarma “soyqırım”ın “qurbanları”nı anırdilar. Lakin keçən ildən etibarən Türkiyə və Azərbaycan diasporunun nümayəndələri, həmçinin türk təəssübkeşləri ermənilərin bu planının reallaşmasına imkan verməyiblər.


APA-nın ABŞ müxbiri xəbər verir ki, Vaşinqton vaxtı ilə saat 3-dən 7-yə kimi səfirliyə yaxınlaşmağa cəhd edən ermənilər əraziyə avtobuslar vasitəsi ilə məktəbli uşaqları gətiriblər. Bununla bahəm, əraziyə 100-ə qədər erməni yalnız toplaşa bilib.

Türk və azərbaycanlı fəallar isə Dağlıq Qarabağın işğalı, Xocalı soyqırımı qurbanları, BMT qətnamələri əks etdirən posterləri əllərində tutaraq, davamlı olaraq Türkiyənin himnini və “Sarı Gəlin” mahnısını oxuyublar.

Nümayişin sonunda Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şensoy mitinq iştirakçılarına erməni yalanını ifşa etməyə göstərdikləri köməyə görə minnətdarlığını bildiriblər. Cənab Şensoy öz çıxışında Azərbaycanlı fəalları xüsusi qeyd edərək Azərbaycan və Türkiyə qardaşlığından danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR