Bank Of Baku

Valensiya şəhərində fəaliyyət göstərən Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin internet səhifəsi açılıb

Valensiya şəhərində fəaliyyət göstərən Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin internet səhifəsi açılıb
# 29 aprel 2009 11:27 (UTC +04:00)
Bakı-APA. İspaniyanın Valensiya şəhərində fəaliyyət göstərən “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin internet səhifəsi açılıb. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumata görə, http://www.elmira-az.ucoz.ru/ ünvanından bu cəmiyyət barədə istənilən bilgini əldə etmək olar.
“Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti İspaniyanın Valensiya şəhərində 2008-ci ilin sonlarında yaradılıb. Cəmiyyətin məqsədi Azərbaycanı İspaniyada tanlqmaq, ispan və Azərbaycan xalqları arasında əlaqələri möhkəmləndirmək, eyni zamanda bu şəhərdəki soydaşlarımızın İspaniya ilə daha yaxından tanışlığını təmin etməkdir. Bu qurumun nəzdində bədii özfəaliyyət dərnəklərinin açılması, mədəniyyət, idman və digər mövzularla tədbirlər təşkil olunması nəzərdə tutulub. Təşkilatın rəhbəri Gülnarə Xanbabayevadır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR