Bank Of Baku

Ukraynada yaşayan türkdilli xalqların simpoziumu keçiriləcək

Ukraynada yaşayan türkdilli xalqların simpoziumu keçiriləcək
# 01 may 2009 09:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mayın 23-də Kiyevdə Ukraynada yaşayan türkdilli xalqların elmi simpoziumu keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib. Simpoziumda məqsəd türkdilli diasporanın daha aktiv fəaliyyətinə nail olmaq üçün Bakıda keçirilmiş qurultayın tövsiyələrini yerinə yetirməkdir. Tədbirə türkdilli xalqların ictimai təşkilatlarının nümayəndələri dəvət edilib. Kiyevdə türkçülük mövzusunda keçiriləcək elmi konfransın iştirakçıları da simpoziuma qatılacaq. Bu konfransa Ukrayna türkoloqları ilə yanaşı, Azərbaycan, Türkiyə, ABŞ və Kanadadan olan elm adamları da qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR