Bank Of Baku

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 86 ildönümü və Heydər Əliyev Fonduinun 5 illiyi münasibətilə tədbirlər keçirilib

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 86 ildönümü və Heydər Əliyev Fonduinun 5 illiyi münasibətilə tədbirlər keçirilib
# 09 may 2009 19:08 (UTC +04:00)
Dmanisi- Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Dmanisi şəhərinin Təhsil Mərkəzində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun 5 illiyi münasibətilə tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Azərbaycan-Gürcüstan Parlamenlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva, Azərbaycan Milli Məclisinin üzvü Nazim Məmmədov, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze çıxış ediblər. Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Dmanisi, Bolnisi, Marneuli rayonları İcra hakimiyyətlərinin başçıları, habelə gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri də tədbirə qatılıblar. Tədbirdə telejurnalist Şahismayıl Şəmmədoğlunun gürcü dilində nəşr edilmiş "Heydər Əliyev və Gürcüstan" kitabının təqdimatı da keçirilib.

Tədbir daha sonra Marneuli Mədəniyyət Mərkəzində tədbir davam etdirilib. Burada keçirilən tədbirdə "Gilan-Holdinq"in "Jalə" şirkəti tərəfindən Mədəniyyət Mərkəzinin müraciətinə əsasən Gürcüstanın ali məktəblərində təhsil alan 100 azərbaycanlı tələbəyə 60 dollar həcmində təqaüd ayrıldığı bildirilib və ilk təqaüdlər təqdim olunub. Təqaüdlərin verilməsinin ilin sonunadək davam etdiriləcəyi qeyd edilib.

Şirkətin rəsmisi Elçin Əzizov APA-nın Gürcüstan bürosuna açıqlamasında azərbaycanlı uşaqların və gənclərin elmdə, təhsildə və mədəniyyətdə uğurlar qazanması üçün şirkət tərəfindən hər cür yardım göstəriləcəyini deyib.

Qeyd edək ki, Gürcüstanın ali məktəblərində 300 nəfər azərbaycanlı tələbə oxuyur.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR