Bank Of Baku

ABŞ-ın Yuta və Oreqon ştatlarının qubernatorları azərbaycanlıları 28 May - Respublika Günü münasibətilə təbrik ediblər

ABŞ-ın Yuta və Oreqon ştatlarının qubernatorları azərbaycanlıları 28 May - Respublika Günü münasibətilə təbrik ediblər
# 13 may 2009 09:50 (UTC +04:00)
Vaşinqton. Zaur Həsənov - APA. ABŞ-ın Yuta ştatının qubernatoru Con Huntsman və Oreqon ştatının qubernatoru Teodor Kulonqoski 28 May - Respublika Günü münasibətilə yerli Azərbaycan icmasına təbrik məktubu ünvanlayıblar. APA-nın ABŞ bürosunun xəbərinə görə, məktublarda azərbaycanlıların öz bacarıqları, zəhmətləri və səyləri ilə Amerika Birləşmiş Ştatlarının tarixi, incəsənəti, elmi və mədəniyyətinə, onun daim artan müxtəlifliyinə töhfə verdikləri qeyd edilib. Məktublarda həmçinin Azərbaycanda 1918-ci ildə ilk dəfə olaraq kişilərə və qadınlara bərabər seçmə və seçilmə hüququnun verildiyi xüsusilə vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR