Bank Of Baku

Avropada Qarabağ münaqişəsi haqqında yeni kitab işıq üzü görüb

Avropada Qarabağ münaqişəsi haqqında yeni kitab işıq üzü görüb
# 13 may 2009 13:33 (UTC +04:00)
Bakı-APA. Avropada Qarabağ münaqişəsi haqqında yeni nəşr - „Qarabağ müharibəsi: Qafqaz regionunda böhran və münaqişə menecmentliyi“ adlı kitab işıq üzü görüb. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.Avstriya Müdafiə Nazirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Vyanada Liberal Siyasət üçün Beynəlxalq Institutun (Internationales Institut für Liberale Politik) „Münaqişə Menecmentliyi“ lahiyəsinin yekunu olaraq dərc olunan bu kitab alman və ingilis dilində elmi məqalələr toplusundan ibarətdir. Almaniya, Avstriya, Rusiya və Türkiyədən olan region üzrə tanınmış mütəxəssislərin hazırladığı nəşr son illərdə Azərbaycan-Emənistan, ağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslərin sistemli təhlilinə dair ilk kollektiv araşdırmadır.
Qeyd edək ki, sözügedən layihədə Azərbaycandan olan gənc tədqiqatçı-Almaniyanın Mannhaym Universitetinin siyasi elmlər üzrə doktorantı, Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) üzvü Azər Babayev də iştirak edib. Onun kitabda “Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın baxışı” mövzusunda geniş araşdırması yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR