Bank Of Baku

Rusiya hökuməti yanında Maliyyə Akademiyasında Azərbaycan mədəniyyəti gecəsi keçirilib - - FOTOSESSİYA

Rusiya hökuməti yanında Maliyyə Akademiyasında Azərbaycan mədəniyyəti gecəsi keçirilib -  - <font color=red>FOTOSESSİYA</font>
# 14 may 2009 07:42 (UTC +04:00)
Moskva. R. Mətləboğlu – APA. Rusiya hökuməti yanında Maliyyə Akademiyasında Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, gecə Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiyadakı Azərbaycan Gənclər Təşkilatı və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə Maliyyə Akademiyasının Azərbaycan Klubu tərəfindən təşkil olunub. Tədbirin əvvəlində H. Əliyevin həyat və fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib, sonra incəsənət ustalarını çıxışları olub. Rusiya Maliyyə Akademiyasının Azərbaycan Klubunun sədri Anar Məmmədov gecənin təşkilatçılarına və ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkür edib. Akademiyanın rəhbəri Alla Qryaznova isə Heydər Əliyevlə görüş və söhbətlərini xatırlayıb və Azərbaycanın müasir durumu, inkişafı haqqında öz fikirlərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR