Bank Of Baku

Beynəlxalq Diaspor Mərkəzində İğdırdan gəlmiş nümayəndə heyəti görüş keçirilib

Beynəlxalq Diaspor Mərkəzində İğdırdan gəlmiş nümayəndə heyəti görüş keçirilib
# 14 may 2009 16:00 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Diaspor Mərkəzinin ( BDM ) ofisində Türkiyənin İğdır vilayətindən ölkəmizə gəlmiş qonaqlarla görüş keçirilib. BDM mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşü çıxış sözü ilə açan qurumun sədri İsmayıl Ağayev bildirib ki, bu görüşün məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil, çünki son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi gündəmə gəlib və yönümdə Azərbaycana ilk dəstək verə biləcək ölkə məhz qardaş Türkiyədir. İğdırda fəaliyyət göstərən “İrəvan evi” dərnəyinin başqanı Nurəddin Aras qonaqpərvərliyinə görə Mərkəzin sədrinə öz minnətdarlığını bildirib və qeyd edib ki, Qarabağ həqiqətlərinin Avropa xalqlarına dürüst çatdırılması üçün “İrəvan evi” dərnəyi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın hüquqlarının qorunması üçün Beynəlxalq Diaspor Mərkəzinin onlara təqdim etdiyi minlərlə ərizə və şikayətlərin Avropanın əlaqədar məhkəmə orqanlarına çatdırılmasında yardımçı olacaqlar.

BDM-in sədri İsmayıl Ağayev daha sonra qonaqları Mərkəzin qarşısında duran planları ilə tanış edərək bildirib ki, Türkiyə və Azərbaycan ilişkilərinin daha da möhkəmləndirməsi üçün qarşılıqlı səfərlərin keçirilməsi vacib məsələlərdən biridir. Və bu yönümdə mərkəz öz fəaliyyətində əsas prioritetlərindən biri kimi dünyanın hər yerinə səpələnmiş türk və Azərbaycan diasporlarının birləşməsində görür. Elə bu ideyanı gerçəkləşdirmək üçün yaxın aylarda mərkəzin planlarından biri kimi Kərkükdə yaşayan türkmənlərə görüşlərin keçirilməsi və Ağrı dağının ən yüksək zirvələrindən birinə Ulu Öndər Atatürkün və Ümummilli Lider Heydər Əliyevin şəkilləri əks olunan lövhələrin asılması nəzərdə tutulub: “İnanıram ki, türk və Azərbaycan diasporunun bu addımı əsrlərlə Ağrı dağını özlərinin dövlət rəmzlərində həkk etdirən ermənilərin ürəyinə bir xəncər kimi sancılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR