Bank Of Baku

Dərbənddə “Azərbaycan-Dağıstan. Heydər Əliyevin xalqlar dostluğu siyasəti” adlı konfrans işə başlayır

Dərbənddə “Azərbaycan-Dağıstan. Heydər Əliyevin xalqlar dostluğu siyasəti” adlı konfrans işə başlayır
# 15 may 2009 08:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Dərbənddə “Azərbaycan-Dağıstan. Heydər Əliyevin xalqlar dostluğu siyasəti» adlı ikigünlük konfrans işə başlayır. APA-nın «Etnoqlobus» saytına istinadən məlumatına görə, konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası (AMEM), Dərbənd rayon və şəhər administrasiyası və Rusiya Elmlər Akademiyasının (REA) Dağıstan Elmi Mərkəzidir. Tədbirdə AMEA-nın prezidenti Mahmud Kərimov, AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı, tanınmış alimlər Cəbi Bəhrəmov, Vaqif Arzumanlı, Rafik İmrani və digərləri çıxış edəcəklər. Konfrans çərçivəsində AMEA və REA-nın Dağıstanın Elmi Mərkəzi arasında Bakı və Maxaçqalada Dağıstanın və Azərbaycanın mədəniyyət informasiya mərkəzlərinin açılması barədə saziş imzalanacaq. Konfrans Azərbaycan və Dağıstan incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı ilə yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR