Bank Of Baku

ABŞ-dakı Azərbaycan və Türkiyə diaspora qurumları ilk birgə konfrans keçiriblər

ABŞ-dakı Azərbaycan və Türkiyə diaspora qurumları ilk birgə konfrans keçiriblər
# 18 may 2009 08:57 (UTC +04:00)
Nyu-York. Zaur Həsənov - APA. ABŞ-də fəaliyyət göstərən Azərbaycan Amerika Cəmiyyəti (Nyu-York), Azərbaycan Amerika Şurası (Los-Anceles), Amerika Türkiyə Koalisiyası (Vaşinqton), Amerika Türk Assosiasiyaları Assambleyası və digər diaspora qurumları Kolumbiya Universitetində konfrans keçiriblər. APA-nın ABŞ bürosunun xəbərinə görə, üç hissədən ibarət konfransda 1880-1930-ci illərdə Azərbaycanda dil və milli mənsubiyyət məsələsi, Avropanın enerji təminatında Azərbaycanın rolu, Amerikada mətbuatla, icmalarla əlaqələrin qurulması üsulları müzakirə olunub. Konfransda çoxlu sayda elm adamları, diplomatlar, diaspora fəalları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR