Bank Of Baku

Berlində bəstəkar Arif Mirzəyevin 65 illik yubileyi qeyd edilib

Berlində bəstəkar Arif Mirzəyevin 65 illik yubileyi qeyd edilib
# 18 may 2009 12:52 (UTC +04:00)
Bakı-APA. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə bəstəkar, uzun illər Almaniyada yaşayıb yaradan Arif Mirzəyevin anadan olmasının 65 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. AAKM-nin təşəbbüsü ilə keçirilən “Alman-Azərbaycan mədəniyyət körpüləri” silsiləsindən olan bu tədbir iki xalq arasında mədəni-ictimai münasibətlərin inkişafına bir töhfə kimi nəzərdə tutulub. AAKM-nin icraçı direktoru Samira Patser-İsmayılova mədəni əlaqələrin əhəmiyyətindən, Arif Mirzəyevin yaradıcılığının əsas xüsusiyyətlərindən danışıb, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən göndərilən təbrik məktubunu bəstəkara təqdim edib. Səfirliyin birinci katibi Almaz Məmmədov səfirin təbrik məktubunu Arif Mirzəyevə təqdim edərək bu əlamətdar gün münasibətilə onu səfirlik adından təbrik edib. Tədbirdə həmçinin Arif Mirzəyevin yaradıcılığını uzun illər izləmiş Yurgen Şmit öz təəssüratlarını bölüşüb və bəstəkar haqqında çəkdiyi filmi nümayiş etdirib. Nümayişin sonunda bəstəkarın “Nyu-York passionu” əsərinin videoyazısı səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR