Bank Of Baku

Britaniyada yaşayan azərbaycanlılar BBC kanalının mənzil-qərargahı qarşısında piket keçiriblər

Britaniyada yaşayan azərbaycanlılar BBC kanalının mənzil-qərargahı qarşısında piket keçiriblər
# 19 may 2009 08:32 (UTC +04:00)
London-APA. Britaniyada yaşayan, əslən İrandan olan azərbaycanlılar BBC ümumdünya xidmətinin mənzil-qərargahının qarşısında piket keçiriblər. APA-nın “Vesti.az” saytına istinadən yaydığı məlumata görə, piket iştirakçıları üzərində “İran təkcə farslardan ibarət deyil” sözləri yazılmış plakatlar qaldırıblar. Plakatlardan birində “İranda 30 milyon azərbaycanlının fundamental hüquqları pozulur” sözləri yazılıb. Azərbaycanlılar BBC kanalı ilə fars dilində radio və televiziya yayımı aparılmasını qınayıblar. Onlar qeyd ediblər ki, bu kanallar təkcə İrandakı milli azlıqların səsini dünyaya çatdırmasına mane olmur, həm də bununla bağlı xəbərləri özünəməxsus senzuraya məruz qoyur. Cənubi Azərbaycan Assosiasiyasının Britaniya bölməsi tərəfindən keçirilən aksiyanın sonunda BBC rəhbərliyinə bəyanat təqdim olunub. Bəyanatda bildirilir ki, İranda azlıq deyil, çoxluqda olan azərbaycanlıların ən adi hüquqları pozulur, ölkədə nəinki Azərbaycan dilində təhsil verən məktəb yoxdur, həmçinin məktəbdə doğma dillərində danışan azərbaycanlı uşaqlar təzyiqlərə məruz qalırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR