Bank Of Baku

Mayın 28-də Toronto şəhər meriyasının binası önündə Azərbaycan bayrağı yüksəldiləcək

Mayın 28-də Toronto şəhər meriyasının binası önündə Azərbaycan bayrağı yüksəldiləcək
# 21 may 2009 13:49 (UTC +04:00)
Bakı-APA. Mayın 28-də Kanadanın Toronto şəhər meriyasının binası önündə Azərbaycan bayrağı yüksəldiləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Tədbirdə Toronto meriyasinin nümayəndələri, o cumlədən Kansellor M. Feldman, Ontario Parlamentinin deputatları M. Kvinter ve R. Moridi və Kanadadakı Azərbaycan icmasının üzvləri iştirak edəcəklər. Azərbaycanın dövlət bayramı olan 28 May - Respublika Günü münasibətilə yüksəldilən bayraq meriya binasının qarşısında 3 gün dalğalanaq. Mərasimdən sonra Toronto meriyasının binasında bayram münasibətilə qəbul olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR