Bank Of Baku

Moskva Dövlət Universitetinin azərbaycanlı gənclər klubu “Qlobalistika-2009” konqresi çərçivəsində konsert proqramı ilə çıxış ediblər

Moskva Dövlət Universitetinin azərbaycanlı gənclər klubu “Qlobalistika-2009” konqresi çərçivəsində konsert proqramı ilə çıxış ediblər
# 22 may 2009 07:33 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Moskva Dövlət Universitetinin azərbaycanlı gənclər klubu “Qlobalistika-2009” beynəlxalq elmi konqresində milli mədəniyyətimizi təqdim edib. APA-nın məlumatına görə, klubun bu iştirakı Rusiyada Azərbaycan Gənclər Təşkilatının dəstəyi ilə baş tutub. “Qlobalistika-2009” beynəlxalq elmi konqresinin açılışından sonra dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunmuş konsert keçirilib. Konsertdə Azərbaycan, Rusiya, Qazaxıstan və Ermənistandan olan tələbələr çıxış ediblər. Azərbaycanı proqramda 157 saylı məktəbin rəqs qrupu, gənc müğənni Sabir Əhmədov və başqaları təmsil ediblər. Bundan başqa tədbir çərçivəsində Azərbaycana aid stend nümayiş olunub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, universitetin rəhbərliyi və başqa şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR