Bank Of Baku

Azərbaycanlı tələbə Strasburq Universitetində insan haqları üzrə doktorluq dissertasiyası müdafiə edib

Azərbaycanlı tələbə Strasburq Universitetində insan haqları üzrə doktorluq dissertasiyası müdafiə edib
# 22 may 2009 15:27 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Strasburq Universitetinin hüquq fakültəsinin tələbəsi, həmyerlimiz Dilbadi Qasımov insan haqları üzrə doktorluq dissertasiyası müdafiə edib. APA-nın Avropa bürosunun məlumatına görə, o, Strasburqda hüquq elmi üzrə doktor dərəcəsi almış ilk azərbaycanlı tələbədir. Dilbadi Qasımovun doktorluq işi Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin fəaliyyətinə həsr olunub. Dörd nəfərdən ibarət elmi kollegiya həmyerlimizin işinin yüksək qiymətləndirərək, ona mülki hüquq üzrə doktorluq dərəcəsi verib. Müdafiə işinə sədrlik edən Avropa Şurası İşgəncələrə Qarşı Komitəsinin Belçikadakı nümayəndəsi, vəkil Mark Nev komitənin fəaliyyəti haqqında ilk dəfə bu cür elmi iş yazıldığını bildirib və həmyerlimizin 3 il ərzində bu cür doktorluq dissertasiyası yazmasını heyrətlə qarşılayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR