Bank Of Baku

Azərbaycanda yaşayan Rusiya xalqları nümayəndələrinin konfransı keçirilib

Azərbaycanda yaşayan Rusiya xalqları nümayəndələrinin konfransı keçirilib
# 23 may 2009 12:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Bakıda Azərbaycanda yaşayan Rusiya xalqları nümayəndələrinin konfransı keçirilib. APA-nın məlumatına görə, “Xaricdə yaşayan rusiyalı soydaşların 3-cü Ümumdünya Konqresi ərəfəsində Azərbaycanda yaşayan soydaşlar” adlı konfransda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vladimir Qudev, bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycanda fəaliyyət göstərən Rus icması, eləcə də Rusiya xalqları icmalarının nümayəndələri iştirak ediblər.

Səfir V. Doroxin deyib ki, Azərbaycandakı rusiyalı soydaşların ünsiyyət qurması və rus dilini öyrənməsi üçün çox yaxşı şərait yaradılıb: “Hər cür şərait var, səylər birləşdirilsə, çox iş görmək olar”.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov isə bildirib ki, milliyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan vətəndaşların hamısı eyni hüquqa malikdir. O, Azərbaycanda orta və ali məktəblərdə rus dilində təhsilin aparıldığını xatırladıb, Azərbaycan dilində tədris aparılan məktəblərdə isə rus dilinin tədrisinə diqqətin artırılacağını bildirib.

Təbirdə 160 saylı məktəbin şagirdlərinin ifasında konsert proqramı nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR