Bank Of Baku

Azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyə vətəndaşlığına keçmək üçün rəsmi müraciət edib

Azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyə vətəndaşlığına keçmək üçün rəsmi müraciət edib
# 25 may 2009 07:54 (UTC +04:00)
Ankara – APA. Mayın 23-də Antalyada inşa etdirdiyi möhtəşəmin otelin təntənəli açılış mərasimini keçirən azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyə vətəndaşlığına keçmək üçün rəsmi müraciət edib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə hökumətinə yaxınlığı ilə tanınan “Yeni Şafak” qəzeti məlumat yayıb. T. İsmayılov Türkiyəni çox sevdiyini və özünün də türk olduğunu bildirib: “Rusiya pasportum var, ancaq Türkiyəyə aşiqəm. Bu səbəblə vətəndaşlığa keçmək üçün müraciət etdim”.

İlk dəfə Antalyada olarkən burada otel açmağa qərar verdiyini söyləyən biznesmen “Mardan Palace” üçün 1,4 milyard dollar xərclədiyini, mehmanxananın memarlıq planından tutmuş inşaatına qədər bütün mərhələlərdə şəxsən iştirak etdiyini vurğulayıb. T. İsmayılov Hollivud ulduzları və dünya şöhrətli müğənnilərlə şəxsi dostluğu olduğunu da diqqətə çatdıraraq otelin açılış mərasimində Şaron Stounun çıxışının onu kövrəltdiyini deyib: “Şaronun Türkiyəni çox sevdiyini və övladları ilə gəlib burada qalmaq istədiyini söyləməsi məni təsirləndirdi, göz yaşlarımı zorla saxladım. Onların Antalyaya gələrək Türkiyəni tərifləmələri mənim üçün ən böyük ərməğandır”.
T. İsmayılov Türkiyədə “Mardan Palace”dan daha böyük otel inşa etdirəcəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR