Bank Of Baku

Marneulidə Gürcüstanın və Azərbaycanın müstəqillik günü münasibətilə tədbir keçirilib - FOTOSESSİYA

Marneulidə Gürcüstanın və Azərbaycanın müstəqillik günü münasibətilə tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 26 may 2009 16:13 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Marneuli şəhərində Gürcüstan və Azərbaycanın müstəqillik günü münasibətilə tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bayram tədbirində Azərbaycan və Gürcüstanın bayraqları həkk edilmiş tort kəsilib və dövlət himnləri səsləndirilib. Sonra Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Kvemo Kartli bölgəsinin qubernatoru David Kirkitadze çıxış ediblər. T. Yakobaşvili çıxışında bildirib ki, hər iki dövlət iki gün fərqlə öz müstəqillik gününü qeyd edir: “Hər iki dövlətin taleyi eynidir. Hər iki dövlətin torpaqları işğal olunub və biz 9 aprel və 20 yanvar şəhidləri üçün birlikdə ağlayırıq. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılarla birlikdə olmaq mənim üçün çox vacibdir. Ölkələrimizi bir-birinə bağlayan yalnız boru kəmərləri deyil, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlılardır”.

Səfir Namiq Əliyev də tarix boyu azərbaycanlılar və gürcülərin bir yerdə olduğunu söyləyib: “İndi Cənubi Qafqazda vəziyyət elədir ki, iki dövlət sülhə can atır, üçüncü dövlət isə stabilliyi pozmağa çalışır”.

Tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzinin “Sarvan” folklor-rəqs qrupu və rayon Mədəniyyət Evinin gürcü rəqs qrupunun çıxışları ilə yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR